Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi

Azərbaycan SSR Xalq Komissarlar Sovetinin Mədəniyyət işləri üzrə komitəsinin  223/147 №-li əmrinə əsasən 1 sentyabr 1940-cı il tarixindən etibarən 1 nömrəli Uşaq Musiqi məktəbi yarandı.

1985-ci   ildə   məktəbə  Vaqif Mustafazadənin   adı   verildi  və həmin ildən etibarən onun adını daşıyır.

1988-ci  il  8 iyul tarixində isə  Bakı şəhəri Mədəniyyət İdarəsinin 110“a” №-li əmrinə  əsasən  1 nömrəli  Uşaq  Musiqi  məktəbin adı dəyişdirilərək, həmin tarixdən  2  saylı   Uşaq   İncəsənət   məktəbi adlandırıldı. 

 

Məktəbinin direktoru: Akif Süleyman oğlu Süleyman

01.06.1959-cu ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə BülBül adına Orta İxtisas Musiqi Məktəbini, 1987-ci ildə  Azərbaycan Dövlət Konservatoriyasını ifaçılıq fakultəsini bitirib. 1984-2006-cı illərdə Bülbül adına Orta Ixtisas Musiqi Məktəbində klarnet ixtisası üzrə müəllim, 2006-2014-cü illərdə Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin estrada simfonik orkestın bədii rəhbəri və baş drijoru vəzifəslərində çalışmışdır. 01.12.2014-cü ildən V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür

Ailəlidir, 2 övladı var.

Tədris işləri üzrə direktor müavini: Səbinə Yaşar qızı Əliyeva

Fortepiano şöbəsinin müdiri: Sevda Ömər qızı Qasımova

Ümumi fortepiano şöbəsinin müdiri: Gülnarə Fikrət qızı Rzayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Sevil Hacı-Ağa qızı Səmədova

Nəzəriyyə şöbəsinin müdiri: Kəmalə Ağamusa qızı Bağırova

Orkestr alətləri şöbəsinin müdiri: Tatyana İvanovna Mişel

Xoreoqrafiya şöbəsinin müdiri: Aysel Bəxtiyar qızı Əliyeva

Rəssamlıq şöbəsinin müdiri: İlham Həmzə oğlu İsmayılov


Bakı şəhəri
Ünvan:
AZ 1009, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 9
Telefon:

(+ 994 12) 594-49-76

(+994 12) 594-45-89

E-mail:

aliyeva-s75@mail.ru

Url:
2incesenet.music-school.az

 

335.4 KB

 

128.2 KB

 

11.6 KB