Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi

Bakı şəhər Gözdən Əlil Uşaqlar üçün 38 №-li 11 illik musiqi məktəbi 1980-ci ildən Azərbaycan Korlar Cəmiyyəti Nəzdində İxtisaslaşdırılmış uşaq musiqi məktəbi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Tərkibində Bakı şəhər Mədəniyyət idarəsinin   tabeçiliyinə verilmişdir. Noyabr ayı 2009-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 22 oktyabr 2009-cu il tarixli 449 n-li Əmrinə əsasən məktəb 11 illik təhsil sisteminə keçirilmişdir.

 

Məktəbinin  direktoru:  Əsab  İspəndiyar oğlu  Əliyev

26.11.1966-cı ildə Zaqatala rayon Qarqay  kəndində anadan olmuşdur. 1992-ci  ildə A.Zeynallı   adına Baki   Musiqi  Texnikumunu, 1997-ci  ildə Ü.Hacıbəyov  adına  Bakı   Musiqi   Akademiyasını tar ixtisası üzrə bitirmişdir. Ə.İspəndiyarov 1993 -2008-ci  illərdə  Kor  Uşaqlar   üçün   38  nömrəli    Musiqi Məktəbində  tar   ixtisası   üzrə  müəllim vəzifəsində işləmişdir. 13.02.2008- ci ildən Gözdən  Əlill   Uşaqlar   üçün   38   nömrəli   Onbirillik   Musiqi   Məktəbinin direktoru  vəzifəsində çalışır.

Ailəlidir, 2  övladı   var.

          

Fəxri adı olan müəllim:

Zeynalova  Aliyyə   Aydın  qızı - Əməktar  müəllim

 

Tədris işləri üzrə  direktor müavini  (ictimayi əsaslarla): Nailə  Namiq qızı Şexzamanova

Fortepiano  şöbəsinin  müdiri: Arzu  Ağalar  qızı Teymurova

Xalq  çalğı   alətləri şöbəsinin  müdiri: İsmayıl Bəhlul  oğlu İsmayılov

Nəzəriyyə şöbəsinin  müdiri: Nailə  Namiq qızı Şexzamanova


Bakı şəhəri
Ünvan:
AZ 1072, Nərimanov rayonu, F.X.Xoyski prospekti 97
Telefon:

(+994 12) 564-39-69

(+944 12) 564-12-72

Fax:
(+994 12) 564-39-69
E-mail:

38li11illik@mail.ru

 

10.6 KB