Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi

Abşeron  rayon  Xırdalan  şəhər  uşaq musiqi  məktəbi 1977-ci  ildə  Mədəniyyət  Nazirliyinin  müvafiq  əmrinə  əsasən  açılmışdır.

1997-ci ilin  may  ayına  qədər  məktəb,  rayon  təhsil  şöbəsinin  balansında  olan  binada fəaliyyət  göstərmişdir.

1997-ci ilin may ayından  2014-cü ilin oktyabr ayına qədər məktəb, rayon mədəniyyət evinin binasında uyğunlaşdırılmış  şəraitdə   fəaliyyət göstərmişdir.

2014-cü il 3 oktyabr tarixində  Xırdalan şəhəri  Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində tikilmiş, açılışı  Azərbaycan  Respulikasının  Prezidenti  cənab  İlham Əliyevin iştirakı ilə  həyata keçirilən,  600 şagird  yerlik, 32 sinif otağından ibarət 3 mərtəbəli  müasir  tipli  yeni musiqi məktəbi binasına  köçürülmüşdür. Hazırda  məktəb yeni  binada  fəaliyyət  göstərir və 11 illik təhsil sisteminə keçmişdir.

 

Məktəbin direktoru: İkram Atabala oğlu Manafov

Manafov İkram Atabala oğlu 1965-ci ildə Abşeron rayon Xırdalan qəsəbəsində anadan olmuşdur.1972-1980-ci illərdə Xırdalan qəsəbə 8 illik orta məktəbində təhsil almışdır.1980-1984cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almışdır.1984-cü ildən Xırdalan Uşaq musiqi məktəbində kamança müəllimi vəzifəsində çalışmışdır. 2001-ci ildən hal hazıradək həmin məktəbin direktoru vəzifəsində çalışır.İşlədiyi illər ərzində Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Fəxri Fərman”ları və AHİK-in yaranmasının 25 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif olunub. Beynəlxalq əməkdaşlıq çərçivəsində Gürcüstan və Türkiyə Respublikalarında fəaliyyət göstərən uşaq musiqi məktəbləri və Azərbaycan Mədəniyyət Mərkəzləri ilə əlaqələrin  qurulmasında xidmətlərinə görə sözügedən ölkələr tərəfindən  təşəkkürnamələr almışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2006-cı ildə “Tərəqqi” medalına, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Tədris işləri üzrə direktor müavini: Nəzakət Balaqədəş qızı  Vəliyeva

Fortepiano şöbəsinin müdiri: İradə Çingiz qızı Bağırova

Ümumi fortepiano-ansambl-müşayiət fənləri şöbəsinin müdiri: İradə İsmayıl qızı  Məmmədova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Samir  Nizami oğlu  Əhmədov

Orkestr alətləri şöbəsinin müdiri: Esmira Çingiz qızı Mədətova

Nəzəriyyə şöbəsinin müdiri: Raziyyəxanım Allahverdi qızı Əliyeva


Abşeron rayonu
Ünvan:
Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi 11
Telefon:

(+994 12) 342-25-66

E-mail:

xirdalan11mm@gmail.com

 

1.6 MB

 

1.1 MB

 

1.7 MB