Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi

Abşeron  rayon  Xırdalan  şəhər  uşaq musiqi  məktəbi 1977-ci  ildə  Mədəniyyət  Nazirliyinin  müvafiq  əmrinə  əsasən  açılmışdır. 

   1997-ci ilin  may  ayına  qədər  məktəb,  rayon  təhsil  şöbəsinin  balansında  olan  binada fəaliyyət  göstərmişdir.

   1997-ci ilin may ayından  2014-cü ilin oktyabr ayına qədər məktəb, rayon mədəniyyət evinin binasında uyğunlaşdırılmış  şəraitdə   fəaliyyət göstərmişdir.

2014-cü il 03 oktyabr tarixində  Xırdalan şəhəri  Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində tikilmiş, açılışı  Azərbaycan  Respulikasının  Prezidenti  cənab  İlham Əliyevin iştirakı ilə  həyata keçirilən,  600 şagird  yerlik, 32 sinif otağından ibarət 3 mərtəbəli  müasir  tipli  yeni musiqi məktəbi binasına  köçürülmüşdür. Hazırda  məktəb yeni  binada  fəaliyyət  göstərir və 11 illik təhsil sisteminə keçmişdir.


Abşeron rayonu
Ünvan:
Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi 11
Telefon:

(+994 12) 342-25-66

E-mail:

xirdalan11mm@gmail.com

 

1.6 MB

 

1.1 MB

 

1.7 MB