Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi

Məktəb Mədəniyyət Nazirliyinin  29 iyun  1965-ci il tarixli 131 saylı əmrinə əsasən 7-illik Uşaq Musiqi məktəbi kimi fəaliyyətə  başlamışdır. 12  müəllim 2  ixtisas üzrə  50  nəfər  xalq çalğı alətləri 26 şagird, fortepiano 24 şagid  kontingenti ilə  fəaliyyətə başlayan məktəb  1986-cı ildən Ü.Hacıbəyli  adına Ağcabədi  Şəhər Uşaq İncəsənət məktəbi kimi fəaliyyətini  davam  etdirmişdir. Hal-hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano ,tar,qarmon ,kamança, nağara, xanəndəlik ,rəssamlıq, xoreoqrafiya ) 139 müəllim  441 şagirdin təhsili ilə məşğul olur.

 

Məktəb direktorları haqqında məlumat:

1. Novruzov Ayaz Fərrux oğlu : 1965-1975

2. Qasımov  camal Məhəmməd oğlu: 1975-1979

3.Cəfərova Alya Musa  qızı: 1979-1981

4.Atayev  Rəmael  Musa : 1981-1993

Direktor: Malışova Sevda Lətif qızı

Malışova Sevda Lətif qızı 17 aprel 1956-cı ildə Ağcabədi şəhərində anadan olub. 1976-cı ildə Ağdam musiqi texnikumunun fortepiano şöbəsini, 2012-ci ildə isə  Mədəniyyət İncəsənət Universitetini xalq  çalğı alətləri orkestr  rəhbəri kimi bitirib. 1986-cı ildən Ağcabədi şəhər İncəsənət məktəbində fortepiano müəllimi və tədris hissə müdiri işləyib. 30 noyabr 1997-cı ildən bu günə qədər isə məktəbin direktoru vəzifəsində işləyir. 2015-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri Mədəniyyət işçisi  Döş Nişanı” və Fəxri-Fərmanla təltif  edilmişdir. 01 mart  2018-ci ildə tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar Mədəniyyət  İşçisi” fəxri adına layiq görülmüşdür. Ailəlidir 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Hüseynov İsmayıl Hüseyn oğlu

Fortepiano ixtisası  üzrə şöbə müdiri: Cəfərova Nəzakət Ənvər qızı

Xalq  çalğı alətləri   üzrə şöbə müdiri: İbrahimov İnqilab Eldar oğlu

Nəzəri  fənnlər  üzrə şöbə müdiri: Əliyeva Ətrabə  Bəbir qızı 

 


Ağcabədi şəhəri
Ünvan:
Ağcabədi şəhəri, Ü. Hacıbəyli küçəsi 91
Telefon:

(+994 21) 275-14-02

E-mail:

Agcabedi.incesenet.mektebi@mail.ru

 

752.6 KB

 

707.7 KB

 

5.1 MB