Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağcabədi rayon Xocavənd kənd Uşaq Musiqi Məktəbi

1985-ci ıldə şəhər incəsənət məktəbinin axşam filialı olmuşdur. 1992-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin 21 avqust 1992-ci il 222 K № li əmrinə əsasən müstəqil  məktəb olmuşdur. Məktəbin binası haqqında məlumat:1981ci ildə kolxoz hesabına tikilmiş 2 mərtəbəli uşaq  baxcasının fəaliyyəti dayandığı ücün 1999-cu ildə Azərbaycan Respublikasının  Prezdentinin 09 noyabr 1999-cu il tarixli 203  saylı fərmanı və  Azərbaycan Respublikası kənt təsərufatı Nazirliyinin 27 yanvar 2000-ci il  tarixli  01/18-0710 saylı məktubuna əsasən aqrar islahatları bölgüsü zamanı uşaq baxcasının  binası 20iyul 2001-ci ildə musiqi məktəbinə verilmiş və Ağcabədi Regional Mədəniyyət idarəsinin balansına  keçirilmişdir.

 

Məktəbin direktoru: Ağayev İbadət Qurban oğlu

 Ağayev İbadət Qurban oğlu 1967 ci ildə Ağcabədi şəhərində anadan olub,1980 cı ildə Azərbaycan Dövlət  Konservatoriyasının ərzində Xalq Konservatoriyasına Xalq Çalğı Alətləri şöbəsinin Tar ixtisası üzrə daxil olub,1983 cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət  Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsinin Tar ixtisası üzrə qəbul olub, 1990 cı ildə həmin məktəbi Tar ixtisası üzrə bitirib.1991-ci ildə Ağcəbədi Şəhər İncəsənət məktəbinin Xocavənd kənd filialında müəllim, 1992 ci ildən  Ağcabədi şəhər Xocavənd kənd Uşaq musiqi məktəbinin direktoru vəzifəsində işləyir. 1999-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetin Tarix fakültəsinə qəbul olunmuş,  2002 ci ildə  isə bitirmişdir.

Ailəlidir, 3 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Camalova Sevinc Musa qızı

Xalq Çalğı Alətləri şöbəsinin müdiri: Əliyev Cavanşir Şəfi oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Əliyeva Mətanət Əlikişi qızı

 


Ağcabədi şəhəri
Ünvan:
Az 0417, Ağcabədi rayonu, Xocavənd kəndi
Telefon:

(+994 21) 277-23-35

E-mail:

agayev.ibadet@mail.ru

 

1.1 MB

 

1.2 MB

 

887.1 KB