Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

Məktəb  1947-ci  ildə  əmək  fəaliyyətinə  başlayıb. Erməni  qəsbkarlarının  təcavüzü  nəticəsindən  sonra, yəni  1993-cü  ilin  iyulun  23-nə  qədər  Ağdamda, 1994–cü  ilin  yanvar  ayından  isə  Bakı  şəhəri  Binəqədi  rayonu  Dərnəgül  qəsəbəsində  əmək  fəaliyyətini  davam  etdirir.  Hal-hazırda  yəni  2017-ci  il  sentyabr  ayının  15-də  Masazır  qəsəbəsində  yerləşən  qaçqın  şəhərciyindəki  Zəngilan  33  saylı  orta  məktəbin  nəzdində  fəaliyyət  göstərir.  

 

Məktəbin direktoru: Könül Əsgər qızı Kərimova

Kərimova Könül Əsgər qızı 20.07.1969-cu ildə Ağdam şəhərində anadan olub. 1977-1984cü illərdə Ağdam şəhər 1 nömrəli musiqi məktəbini bitirib. 1984-1988-ci ildə Üzeyr Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Texnikumunun Fortepiano şöbəsinə daxil olmuş, 1988-ci ildə həmin musiqi məktəbini “Fərqlənmə diplomu” ilə bitirmişdir. 1988-ci ildə Üzeyr Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano şöbəsinə daxil olmuş və 1993-cü ildə həmin məktəbi Müəllim Konsertmeystr ixtisası üzrə bitirmişdir. 1998-1999-cu illərdə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılmasının və Yenidən Hazırlanması İnistutunda Musiqişünaslıq İxtisasartırma kursunu bitirmişdir. İlk dəfə musiqi sahəsində əmək fəaliyyətinə 1987-1988-ci ildə Ağdam rayon Güllücə kənd musiqi məktəbində fortepiano ixtisası üzrə müəllimlik fəaliyyətinə başlamışdır. 1988-1997-ci ildə Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Texnikumunda müəllim işləmişdir. 1997-ci ildən bu günə qədər Xan Şuşuniski adına Ağdam Muğam uşaq musiqi məktəbində müəllimlik fəaliyyətin davam etdirmiş və 2015-ci ildən hal hazıradək fortepiano şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Eyni zamanda 2012-2018-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində fortepiano müəllimi işləmişdir. Bununla yanaşı Türkiyə, Qazaxıstan və Ukranyada keçirilmiş Beynəlxalıq Müsabiqələrdə iştirakına görə Beynəlxalq Dərəcəli Sertifikatlarla mükafatlandırılmışdır.

 

Tədris işləri üzrə direktor müavini: Raya Əbülfət qızı Cəfərova

Fortepiano şöbəsinin müdiri: Tahirə Bəhmən qızı Quliyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Təbriz Etibar oğlu Qədimalıyeva

Nəzəriyyə şöbəsinin müdiri: Sədaqət Zakir qızı Məmmədova


Ağdam şəhəri
Ünvan:
AZ 0200, Bakı şəhəri, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi (Zəngilan şəhər 33 saylı otra məktəbin binası)
E-mail:

axundova_leman1990@mail.ru

 

816.3 KB

 

134 KB

 

490.6 KB