Əfətli Uşaq Musiqi məktəbi Ağdam rayonunun Əfətli kəndində yerləşir. Ağdam rayon Əfətli kənd musiqi məktəbi 1990-cı ildə yaranmışdır.
Binanın ümumi sahəsi 300 kvm-dir. Həyətyani sahəsi 120 kvm-dir.
Əfətli kənd uşaq məktəbinin fəxri müəllimləri olmuşdur. Bunlardan xanəndə Aydın Məmmədov 1969-cu ildə Respublikada keçirilən festifalda iştirak edib, 1-ci yerə layiq görülüb və Mədəniyyət Nazirliyi tərəfindən qızıl medalla təltif olunub və xanəndə İsrafil Əsədov isə 1972-ci ildə “Qızıl Payız” festifalında iştirak edərək 1-ci yerə layiq görülüb və Mədəniyyət Nazirliyi tərəfindən qızıl medalla təltif olunub. Ağdam rayon “Şur”ansanblı yaranan gündən Aydın Məmmədov və İsrafil Əsədov ansanblın salisləri olmuşdurlar. Həmin bu iki şəxsiyyət Əfətli kənd uşaq məktəbində ömürlərinin sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olublar.
Əfətli kənd uşaq musiqi məktəbinin bir neçə müəllimi Ağdam “Şur” ansanblının fəal üzvləridirlər.
Məktəbin direktoru: Nayiq Bəyalı oğlu Əsədov
Əsədov Nayiq Bəyalı oğlu 26 may 1967-ci il tarixində Ağdam rayon Əfətli kəndində anadan olmuşdur. 1988-ci ildə Ağdam rayon Ü. Hacıbəyov adına musiqi texnikomuna daxil olmuşdur və 1992-ci ildə həmin texnikomu tar ixtisası üzrə bitirmişdir. 1992-ci ildən 2018-ci ilə qədər Ağdam rayon Əfətli kənd uşaq musiqi məktəbində tar müəllimi işləmişdir. 2018-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Fortepiano şöbəsinin müdiri: Edeliya Mirzə qızı İbrahimova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Zəfər Rəhim oğlu İbrahimov
(+994 26) 324-30-42
semseddin_ehmedov@mail.ru