Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbi 1979 – cu ildə Ağdam rayonu Gülablı kəndində fəaliyyətə başlamışdır. Erməni işğalçıları tərəfindən rayon işğal edildikdən sonra 1994-cü ildən BDU-nun 5 saylı yataqxanasının 2-ci mərtəbəsində, 2013-cü ilin may ayından isə Qaradağ rayonu Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində yerləşdirilmişdir.
Məktəb binası ümumi 4 mərtəbədən, musiqi məktəbi üçün ayrılmış sahə 1474,38 m², tədris otaqlarının sahəsi isə 912,58 m² - dir. Həyətyanı sahə 1 hektardır. Məktəbin 300 nəfərlik tutumu olan 1 zalı vardır. Məktəb binası Ağdam rayon təhsil şöbəsinin balansındadır və məktəbdə kitabxana da fəaliyyət göstərir.
Məktəbin direktoru: Aygün Malik qızı Hüseynova
Hüseynova Aygün Malik qızı 27 iyul 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1990-cı ildə Ü. Hacıbəyli adına Ağdam orta ixtisas usiqi məktəbini xor dirijoru, musiqi və solfecio müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasını xor dirijoru ixtisası üzrə bitirmişdir. 2001-ci ildə Bakı Musiqi Akademiyasının magistratura şöbəsini bitirərək xor dirijoru ixtisası üzrə Magistr dərəcəsi almışdır. 1991-2005-ci illərdə Q.Pirimov adına Ağdam 2 saylı UMM-də müəllimə işləmişdir. 2005-ci ildən Ağdam rayon Gülablı kənd UMM-də direktor vəzifəsində işləyir.
Tədris işləri üzrə direktor müavini: Nərminə İdris qızı Orucova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Sədaqət Tofiq qızı Məmmədova
Səs şöbəsinin müdiri: İbrahim Yaşar oğlu Kərimov
Nəzəriyyə şöbəsinin müdiri: Sevda Teymur qızı Süleymanova
agdam.gulabli.umm@mail.ru