Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi

Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbi 1979 – cu ildə Ağdam rayonu Gülablı kəndində fəaliyyətə başlamışdır. Erməni  işğalçıları  tərəfindən  rayon  işğal  edildikdən  sonra  1994-cü  ildən  BDU-nun 5  saylı  yataqxanasının  2-ci  mərtəbəsində, 2013-cü ilin  may  ayından  isə  Qaradağ rayonu  Müşviqabad  qəsəbəsində  məcburi köçkünlər  üçün  salınmış  şəhərcikdə  tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində  yerləşdirilmişdir. 

Məktəb  binası  ümumi  4 mərtəbədən, musiqi məktəbi üçün ayrılmış  sahə  1474,38 m², tədris  otaqlarının  sahəsi  isə  912,58 m²  - dir. Həyətyanı  sahə  1  hektardır. Məktəbin  300  nəfərlik  tutumu  olan  1 zalı  vardır. Məktəb  binası  Ağdam  rayon  təhsil  şöbəsinin  balansındadır  və  məktəbdə  kitabxana  da  fəaliyyət  göstərir.

 

Məktəbin direktoru: Aygün Malik qızı Hüseynova

Hüseynova Aygün Malik qızı 27 iyul 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1990-cı ildə Ü. Hacıbəyli adına Ağdam orta ixtisas usiqi məktəbini xor dirijoru, musiqi və solfecio müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Ü. Hacıbəyli  adına Bakı Musiqi Akademiyasını xor dirijoru ixtisası üzrə bitirmişdir. 2001-ci ildə Bakı Musiqi Akademiyasının magistratura şöbəsini bitirərək xor dirijoru ixtisası üzrə Magistr dərəcəsi almışdır. 1991-2005-ci  illərdə Q.Pirimov adına Ağdam 2 saylı UMM-də müəllimə işləmişdir. 2005-ci ildən Ağdam rayon Gülablı kənd UMM-də direktor vəzifəsində işləyir.

 

Tədris işləri üzrə direktor müavini: Nərminə İdris qızı Orucova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Sədaqət Tofiq qızı Məmmədova

Səs şöbəsinin müdiri: İbrahim Yaşar oğlu Kərimov

Nəzəriyyə şöbəsinin müdiri: Sevda Teymur qızı Süleymanova


Ağdam şəhəri
Ünvan:
AZ 0155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (33 saylı orta məktəbin binası)
E-mail:

agdam.gulabli.umm@mail.ru

 

3.9 MB

 

188.5 KB

 

3.9 MB