Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

Ağdaş şəhər musiqi məktəbi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü  və köməyi ilə 1937-ci ildən bu günə qədər fasiləsiz fəaliyyət göstərir. Bu illər ərzində 4 dəfə məkan dəyişdirən məktəb nəhayət dövlət tərəfindən öz layiqli yerini tapdı.           

Heydər Əliyev fondu tərəfindən Habil Əliyevin xahişi ilə 2008-ci ilin may ayında tikintisinə başlanmış  musiqi məktəbinin yeni binası 2009-cu ilin iyun ayında  istifadəyə verilmişdir.Yeni standartlara uyğun tikilmiş Habil Əliyevin adını daşıyan bu tədris ocağı Ağdaş əhalisinə ərmağan olunmuşdur.

12 fevral 2010-cu ildə cənab Prezident İlham Əliyev Ağdaş musiqi məktəbinə  gəlmiş və yaradılmış şəraitlə tanış olmuşdur. Xalq artisti Habil Əliyev dövlət başçısını salamlayaraq, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişdir.

Yeni  məktəbin tikilməsinin və ona görkəmli kaman ustası həmyerlimiz Habil Əliyevin adının verilməsinin təşəbbüskarı Yunesko və İseskonun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevadır. Onuda qeyd emək lazımdır ki, bu gözəl tikili həmçinin Heydər Əliyev fondunun maliyyə vəsaiti hesabına inşa edilib.

  1. Məktəbin yaranma tarixi: 1937-ci ildə Əhməd Ağdamiski tərəfindən yaradılıb
  2. Ərazisi kv.m  -bina- 2500 kv m.  Həyət  yanı  sahəsi 3100 kv.m  umumi sahəsi  5600 kv.m

 

Məktəbin direktoru: Rafiq Söhrab oğlu İsgəndərov

1964-cü il iyul ayının 26-da Ağdaş rayonunda anadan olmuşdur. 1983-cü ildə Şəki şəhər musiqi texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə Ağdaş şəhər 7 illik uşaq musiqi məktəbində kamaça müəllimi olaraq başlamışdır. 2015-ci il 19 yanvar tarixindən həmin məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: İlahə Cümşüd qızı Cəbiyeva

Fortepiano şöbəsinin müdiri: Yeganə Mustafa qızı Mustafayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Pərvanə Etibar qizi Abdullayeva

Nəzəriyyə şöbəsinin müdiri: Günay Saleh qızı Rəcəbova

Ümumi fənlər şöbəsinin müdiri: Əfsanə Firudun qizi Yusifova

 


Ağdaş şəhəri
Ünvan:
AZ 0300, Ağdaş şəhəri, Heydər Əliyev Xiyabanı
Telefon:

(+994 20) 235-11-65

E-mail:

agdashmusiqimektebi@mail.ru

 

2.7 MB

 

2.5 MB

 

2.6 MB