Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağdaş rayon Ləki qəsəbə Uşaq Musiqi Məktəbi

Agdaş  rayon  Ləki  qəsəbə  uşaq   musiqi  məktəbi  1989-cu  ildən  fəaliyyət  göstərir. Məktəbdə tar, kamança, fortepiano və qarmon iixtisasları üzrə dərslər tədris edilir. Eyni zamanda solfecio, musiqi-ədəbiyyatı, ibtidai musiqi nəzəriyyəsi, Azərbaycan xalq musiqi yaradıcılığı, xor, ansambl və ümumi fortepiano fənnləri üzrə dərslər keçirilir. Məktəbdə 207 şagird təhsil alır və 40 müəllim çalışır. Məktəb fəaliyyətə başladığı dövrdə 6 otaqdan ibarət olmuşdur.Hazırda 2-mərtəbəli  23 otaqdan  ibarətdir. Məktəbin ümumi sahəsi 400 kv.metrdir.

 

Məktəbin direktoru: Pənahov Tərlan Söhrab oğlu

1968-ci il iyulun 11-də Ağdaş şəhərində anadan olmuşdur. 1987-ci ildə Şəki Musiqi Texnikumunu tar ixtisası üzrə  bitirmiş və həmin il Ağdaş şəhər 1 № li uşaq musiqi məktəbinə tar ixtisası üzrə müəllim təyin edilmişdir. 1989-cu ildə Ağdaş rayon Ləki qəsəbə Uşaq Musiqi məktəbinə tar müəllimi təyin edilmişdir. 2006-cı il dekabr ayının 1-dən Ləki qəsəbə Uşaq Musiqi məktəbində direktor vəzifəsində çalışır.


Ağdaş şəhəri
Ünvan:
AZ 0325, Ağdaş rayonu, Ləki qəsəbəsi, C. Məmmədov küçəsi 20
E-mail:

terlanpenahov68@mail.ru

 

566.3 KB

 

1.4 MB

 

650.4 KB