Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri 5 nömrəli Uşaq İncəsənət Məktəbi

Məktəb 1980-ci ildə yaranıb, ona 31 saylı musiqi məktəbi adı verilmişdir. 1998-ci ildə yenidən təşkil olunmuşdur və 5 saylı uşaq incəsənət məktəbi adını almışdır. Məktəbimiz aşağıdakı təşkilatların tabeçiliyindədir.     
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm Baş  idarəsi.             

Məktəbinin direktoru: Emin Hüseyn oğlu Nağıyev

06.01.1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1991-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1996-ci ildə Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə fərqlənmə diplomu, 2000-ci ildə Bakı Musiqi Akademiyasının aspiranturasını bitirmişdir. E.Nağıyev 1986-1987-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Çərçiboğan kənd uşaq musiqi məktəbində müəllim, 1993-2003-ci illərdə Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunda müəllim, 2003-2005-ci illərdə Azərbaycan Milli Konsevatoriyasında elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2003-2004-cü illərdə  Bakı  Musiqi Akademiyasında  müəllim, 2004-2006-cı illərdə  Şaroyev adına 35 nömrəli  Onbirillik Musiqi Məktəbində  müəllim, 2005-2006-ci illərdə 10 nömrəli Uşaq Musiqi Məktəbində tədris işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 12.09.2006-ci ildən 5 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

 

Tədriş işlər üzrə direktor müavini: Nəvai İbrahim oğlu Babayev

Fortepiano və simli alətləri şöbəsinin müdiri: Ləman Nuşirəvan qızı Rzayeva

Xalq çalğı və nəfəsli alətləri şöbəsinin müdiri: Asəf Əhriman oğlu  Dəvrişli

Nəzəriyyə şöbəsinin müdiri: Zənfirə  Yusif qızı Bağırzadə

Xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri: Rəna Tahir qızı İman


Bakı şəhəri
Ünvan:
AZ 1083, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 3
Telefon:

(+994 12) 446-16-47

E-mail:

eminnagiyev_71@mail.ru

Url:
http://5sayli-uim.blogspot.com

 

9.3 KB