Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbi

Ağstafa şəhər Uşaq Musiqi Məktəbi Azərbaycan SSR-i Mədəniyyət Nazirliyinin 10 iyul 1975-ci il tarixli 239 №-li əmrinə əsasən yaradılmışdır. Ağstafa şəhər müsiqi məktəbi 1975-ci ildən yaradılıb və indiyədək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərirdi.  2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 30 iyun tarixli Sərəncamına əsasən yeni tipli musiqi məktəbi tikilib istifadəyə verilmişdir. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir.  Məktəbin ərazisi 1.33 hektardır. Məktəbin 40 sinif otağı 300 yerlik konsert zalı vardır. Hal-hazırda məktəbdə 252 nəfər şagird təhsil alır. Bu şagirdlərə 86 nəfər müəllim musiqini tədris edir. Məktəbdə fortepiano, tar, kamança, saz, nağara, skripka, qarmon və muğam ixtisasları tədris olunur.


Ağstafa şəhəri
Ünvan:
AZ 0500, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi
Telefon:

(+994 22) 225-40-13

E-mail:

agstafa.umm@mail.ru

 

124 KB

 

107.6 KB

 

138.8 KB