Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Ağsu şəhər Uşaq Musiqi Məktəbi

1967-ci ildə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin təşəbbüsü ilə yaradılmışdır. Uşaq Musiqi Məktəbində 7 ixtisas - fortepiano, tar, kamança, balaban, qarmon, nağara və xanəndəlik üzrə tədris aparılır. Bina 25 sinif otağından ibarət olmaqla ümumi sahəsi 600 kv.m.-dir.

 

Məktəbin direktoru: Yaqub Rəsul oğlu Səfərov

Səfərov Yaqub Rəsul oğlu 5 avqust 1989-cu il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2004-2008-ci illərdə Soltan Hacıbəyov adına Musiqi Texnikomunda təhsil almışdır. 2008-2012-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka ixtisası üzrə təhsil almışdır. 2010-2012-ci il tarixlərində Şamaxı şəhər Hacı Məmmədov adına Uşaq Musiqi məktəbində skripka müəllimi vəzifəsində çalışmışdır. 2010-cu il tarixindən 20 aprel 2018-ci il tarixinədək Şamaxı Humanitar Kollecində skripka müəllimi vəzifəsində işləmişdir. 20 aprel 2018-ci tarixindən Ağsu rayon Uşaq Musiqi məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Mirzə Ələşrəf oğlu Əzimov

Fortepiano şöbəsinin müdiri: Mehriban Şahlar qızı Mehdiyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Cavid Kamil oğlu Rzayev

Xanəndəlik şöbəsinin müdiri: Kamil Namiq oğlu Ağayev

Nəzəriyyə şöbəsinin müdiri: Səlminaz Alik qızı Bayramova               

 


Ağsu şəhəri
Ünvan:
AZ 0600, Ağsu şəhəri, Azərbaycan küçəsi 1
Telefon:

(+994 20) 226-41-98

 

117.3 KB