Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Astara şəhər Uşaq Musiqi Məktəbi

Astara Uşaq musiqi məktəbi  1966-cı ildən fəaliyyət göstərir.  Məktəb Astara rayonunun mərkəzində, Azərbaycan küçəsi 28 ünvanında iki mərtəbəli binada yerləşir. 1989-cu ildən bina Mədəniyyət Nazirliyinin balansına daxil edilmişdir. 

 

Məktəbin direktoru: Çingiz Eyvaz oğlu Eyvazov

Çingiz Eyvaz oğlu Eyvazov 22 avqust 1960-cı il tarixində Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını “Konsert ifaçısı, müəllim, xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası” üzrə bitirmişdir. 1984-cü ildə Bakı şəhəri 18 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi, 1984-2002-ci illərdə Lənkəran orta ixtisas musiqi məktəbində müəllim, şöbə müdiri, 2002-ci ildə Lənkəran Dövlət Humanitar Kollecində müəllim, 2002-2005-ci illərdə C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 2005-2016-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləmişdir. 7 sentyabr 2016-cı ildən Astara şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.    

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini (ictimai əsaslarla): Aybəniz Heydər qızı Dadaşova

Fortepiano şöbəsinin müdiri: Kəmalə Qadir qızı Kərimova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Cabir Şahan oğlu Həsənov

Nəzəriyyə şöbəsinin müdiri: Leyla Xanverdi qızı İskəndərova


Astara şəhəri
Ünvan:
AZ 0700, Astara şəhəri, Azərbaycan küçəsi 28
Telefon:

(+994 25) 225-13-33

E-mail:

chingiz_60@mail.ru

 

1.9 MB