Məktəb 1966-cı ildə musiqi məktəbi kimi yaradılmışdır. 2005-ci ilin may ayından uşaq incəsənət məktəbi kimi fəaliyyət göstərir.
Məktəbin direktoru: Arifə Aydın qızı Tağıyeva
22 yanvar 1963-cü ildə Balakən rayon Qullar kəndində anadan olmuşdur. 1980-1984-cü illərdə Şəki orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsini (qiyabi), 2009-2013-cü illərdə isə Naxçıvan Dövlət Universitetini (qiyabi) musiqişünaslıq ixtisası üzrə bitirmişdir. O, Balakən şəhər Bülbül adına musiqi məktəbində 1981-1988-ci illərdə fortepiano müəllimi, 1988-1997-ci illərdə fortepiano şöbəsinin müdiri, 1997-2005-ci illərdə direktor müavini, 2005-2007-cu illərdə fortepiano müəllimi kimi işləmişdir. 2007-cu ildən məktəbin direktoru vəzifəsində işləyir.
(+994 24) 295-15-51
balaken.incesenet.mektebi@mail.ru
arifatagiyeva@mail.ru