Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi

Bakı şəhər18 saylı Uşaq musiqi məktəbinin əsası 09.01.1962-ci ildə qoyulmuşdur.

1999-cu il 5 aprel tarixindən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin əmrinə əsasən məktəb “incəsənət məktəbi” statusu alaraq, fəaliyyətini genişləndirilmişdir. Rəssamlıq və xoreoqrafiya sinifləri açılmışdır.

Məktəbin maddi-texniki bazasını, qazanılmış uğurları və valideynlərin çoxsaylı ərizələrini nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin 2005-ci il 21 iyun tarixli əmrinə əsasən məktəb respublikada ilk və yeganə olaraq “onbirillik” statusu almışdır 

 

Məktəbinin direktoru: Adilə Niyazi qızı Yusifova

30.07.1956-cı ildə Bakı şəhərində anadan olub .1975-ci ildə  A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə (fərqlənmə diplomu), 1980-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan  Dövlət  Konservatoriyasını bəstəkarlıq,musiqi nəzəriyyəsi  fənni  üzrə (fərqlənmə diplomu ) bitirib. A.Yusifova 1975-1985-ci illərdə A.Zeynalı adına Musiqi Texnikumunda nəzəriyyə müəllimi və konsertmeystr,1985-2016-cı illərdə Bakı Musiqi Akademiyasında azərbaycan xalq musiqisi və tarixi nəzəriyyəsi kafedrasında müəllim,dosent və professor vəzifələrində çalışıb. 02.03. 2016-cı ildən F. Əmirov adına 6 nömrəli Onbirillik  İncəsənət  Məktəbinin direktoru vəzifəsində çalışır. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İtifaqının üzvüdür, 1997-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2006-cı ildə dosent, 2012-ci ildə professor, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildə “Əməkdar müəllim“ fəxri adına layiq görülmüşdür. Bir çox musiqi əsərlərinin və kitabların müəllifidir.

Ailəlidir, iki  övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Validə Məmməd qızı Əliyeva

Fortepiano şöbəsinin müdiri: Gülnarə Adil qızı Süleymanova

Simli alətlər şöbəsinin müdiri: Xəyalə Fəxrəddin qızı Abdullayeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Kamal Cənnət oğlu Məmmədov

Nəzəriyyə şöbə  müdiri: Kəmalə Oqtay qızıİskəndərova

Nəfəs və zərb alətləri şöbəsinin müdiri: Arzu Əliyar qızı Əzizova 

Ümumi fənlər şöbəsinin müdiri: Gülşən İmran qızı Əkbərova

Xoreoqrafiyya şöbəsinin müdiri: Zülfiyyə Şaydın qızı İbrahimova

Rəssamlıq  şöbəsinin müdir: Elmar Fərhad oğlu Ağamirzə


Bakı şəhəri
Ünvan:
AZ1117, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 6
Telefon:

(+994 12) 406-74-97

(+994 12) 406-95-62

E-mail:

6uim@mail.ru

Url:
6art.music-school.az

 

6.6 MB

 

7.1 MB

 

3.8 MB