Bərdə rayon Kolayır kənd Uşaq Musiqi Məktəbi 1987-ci ildə Bərdə şəhər 1 N-li Uşaq musiqi məktəbinin filialı kimi, 1990-cı ildən müstəqil musiqi məktəbi kimi fəaliyyətə başlamışdır.
Məktəbin direktoru: Fəxrdəddin Əyyub oğlu Məmmədov
Məmmədov Fəxrəddin Əyyub oğlu 26.10.1965-ci il tarixində Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuşdur. 1985-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikomunu tar ixtisası üzrə, 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını aqronom ixtisası üzrə bitirmişdir.
1985-1997-ci illərdə Şəhər 1 nömrəli musiqi məktəbində tar müəllimi, 1997-2007-ci illərdə Kolayır kənd uşaq musiqi məktəbində tar müəllimi, 2007-ci ildə Kolayır kənd uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Xalq çalğı alətləri şöbəsinin müdiri: Feruz Qaytaran oğlu Vəliyev
Nəzəriyyə şöbəsinin müdiri: Nuranə Sahib qızı Nəsibova
ilkin_piriyev@mail.ru