Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəb

1990- ci  ildə 7 illik uşaq  musiqi  məktəbi kimi  yaradılmış,1994-ildən uşaq incəsənət  məktəbinə  çevrilmişdir.

 

 

Məktəbin direktoru: Əskərov Akif Habil oğlu

Akif Habil oğlu Əskərov 18.07.1965-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. 1984-ci ildə Lənkəran şəhər Orta ixtisas musiqi məktəbini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “mədəni-maarif işinin təşkilatçı-metodisti” ixtisası üzrə bitirmişdir. 1984-1990-ci illərdə Puşkin rayon Yeddiillik uşaq musiqi məktəbində tar müəllimi, 1996-2011-ci illərdə Biləsuvar şəhər Uşaq incəsənət məktəbində tədris işləri üzrə direktor müavini, 2011-2018-ci illərdə Biləsuvar şəhər Uşaq incəsənət məktəbində tar müəllimi işləmişdir.

16.11.2018-ci il tarixdən Biləsuvar rayon Xırmandalı kənd Uşaq incəsənət məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

Evlidir, 2 uşağı var.

Yeni Azərbaycan Partiyasının üzvüdür.                                                          

Xalq çalğı alətləri şöbəsinin müdiri: Şıxverdiyev  Taleh Təzəxan oğlu         

Fortepiano şöbəsinin müdiri: Quliyeva Ruhəngiz Allahverdi qızı                    

Nəzəriyyə şöbəsinin müdiri: Hüseynzadə Yeganə Adil qızı

 


Biləsuvar şəhəri
Ünvan:
AZ 1317, Biləsuvar rayonu, Xırmandalı kəndi, S.Vurğun küçəsi
Telefon:

(+994 25) 294-72-41

E-mail:

vidadi.memmedov.1961@gmail.com

 

2.1 MB