Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbi 1969-cu ildə 7 illik musiqi məktəbi kimi fəaliyyətə başlamışdır. 1982-ci ildə rəssamlıq şöbəsinin açılması ilə Uşaq İncəsənət məktəbi statusunu almışdır.
Məktəbin direktoru: Fərhad İlqar oğlu Qurbanov
2 iyul 1988-ci ildə Cəlilabad şəhərində anadan olub. 2006-cı ildə Cəlilabad Uşaq İncəsənət məktəbini, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasını Kamança ixtisası üzrə, 2014-cü ildə Azərbaycan Milli Konservatoryasının Magistr pilləsini bitirmişdir. 2019-cu ildən Azərbaycan Milli Konservatoryasının Doktorantıdır. 2012-ci ildən Cəlilabad Uşaq İncəsənət məktəbinin kamança ixtisası üzrə müəllimi, 2014-cü ildən həmin məktəbin direktoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
(+994 25) 245-32-16
flankes1988@box.az