Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi

Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 №-li Onbirillik musiqi məktəbi arxiv sənədlərindən alınan məlumatlara  görə, Bakı şəhərində ilk tədris müəsisələri – 1 və 2№-li musiqi məktəbləri 1931-ci ildə açılmışdır.

2№-li musiqi məktəbinin açıldığı ilk günlərdə burada bir çox müəllimlər  fəaliyyət  göstərirdi:  L. Yeqorova, R. Siroviç, V. Siroviç,  R. Gelman, M. Rudolf. O zaman məktəbin müdiri vəzifəsini  R. Quliyev  icra edirdi.

1940-cı il tarixdən etibarən Səmədova  Fatma Əliəşrəf  qızı 2№-li musiqi məktəbinə müdir təyin edilmişdir. Onun sayəsində məktəbdə müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çoxlu uşaqlar cəlb edilmişdir.

1963-cü ildən  1986-cı ilə kimi məktəbə Zivər İbrahimova  rəhbərlik  etmişdir.  

1986-cı ildən məktəbə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, musiqişunas  Qəmər Quliyeva rəhbərlik edir.

1990-ci il fevralın 9-da 2№-li musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilmişdir. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sahəsində yeni işlər aparılır. 2006-cı ildən etibarən 2№-li musiqi  məktəbi  onbirillik tədris müəssisəsinə çevrilmişdir. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018–ci  ilin 11 ayı ərzində məktəbdə əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi  və skripkaçılar ansamblı fəaliyyət göstərir.. 

Fəxri adları olan müəllimlərin siyahısı:

Məmmədova İradə Adil qızı-Əməkdar müəllim

Göyçayskaya Səidə Oqtay qızı-Əməkdar müəllim

Əliyev Əyyub Pənah oğlu (Əvəzçi müəllim)-Əməkdar artist

 

Məktəbin direktoru: Qəmər Rəsulovna Quliyeva

11.04.1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Nyu-york şəhərində anadan olub. 1965-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini nəzəriyyə ixtisası üzrə, 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Кonservatoriyasını  musiqi tarixi nəzəriyyəsi ixtisası üzrə bitirmişdir.  Q.Quliyeva 1964-1970- ci illərdə 2 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 1970-1978-ci illərdə Azərbaycan Respublikanın Mədəniyyət Nazirliyinin kadrlar və təhsil şöbəsində tədris müəssisələr üzrə inspektor, 1978-1986-cı illərdə 2 nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifələrində işləmişdir. 01.09.1986-cı ildən Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1991-ci ildə  “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.  

Ailəlidir, 1 övladı var.      

 

Tədris işləri üzrə direktor müavini: Gülara Vahid qızı Nuriyeva

Fortepiano şöbəsinin müdiri: Süsən Tofiq qızı Şəkinskaya

Ümumi fortepiano şöbəsinin müdiri: Rəna Qulam qızı Əjdərova

Simli alətlər şöbəsinin müdiri: Vəfa Namiq qızı Nəcəfzadə

Nəfəs və zərb alətləri şöbəsinin müdiri: Şeyda Faiq qızı Ələskərova

Xalq çalğı alətlər şöbəsinin müdiri: Sevil Ağaməmməd qızı Bayramova

Nəzəriyyə şöbəsi müdiri: Aygün Əliqulu qızı İsgəndərova

Müşayiət və ansambl şöbəsinin müdiri: Sevil Səməd qızı Xankişiyeva

 


Bakı şəhəri
Ünvan:
AZ 1000, Səbail rayonu, R.Behbudov küçəsi 10
Telefon:

(+994 12) 493-66-88

Fax:
(+994 12) 493-66-88
E-mail:

rashid_behbudov_n2@mail.ru

Url:
2.music-school.az

 

169.7 KB

 

5.4 MB