UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi

Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 №-li Onbirillik musiqi məktəbi arxiv sənədlərindən alınan məlumatlara  görə, Bakı şəhərində ilk tədris müəsisələri – 1 və 2№-li musiqi məktəbləri 1931-ci ildə açılmışdır.

2№-li musiqi məktəbinin açıldığı ilk günlərdə burada bir çox müəllimlər  fəaliyyət  göstərirdi:  L. Yeqorova, R. Siroviç, V. Siroviç,  R. Gelman, M. Rudolf. O zaman məktəbin müdiri vəzifəsini  R. Quliyev  icra edirdi.

1940-cı il tarixdən etibarən Səmədova  Fatma Əliəşrəf  qızı 2№-li musiqi məktəbinə müdir təyin edilmişdir. Onun sayəsində məktəbdə müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çoxlu uşaqlar cəlb edilmişdir.

1963-cü ildən  1986-cı ilə kimi məktəbə Zivər İbrahimova  rəhbərlik  etmişdir.  

1986-cı ildən məktəbə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, musiqişunas  Qəmər Quliyeva rəhbərlik edir.

1990-ci il fevralın 9-da 2№-li musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilmişdir. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sahəsində yeni işlər aparılır. 2006-cı ildən etibarən 2№-li musiqi  məktəbi  onbirillik tədris müəssisəsinə çevrilmişdir. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018–ci  ilin 11 ayı ərzində məktəbdə əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi  və skripkaçılar ansamblı fəaliyyət göstərir.. 


Bakı şəhəri
Ünvan:
AZ 1000, Səbail rayonu, R.Behbudov küçəsi 10
Telefon:

(+994 12) 493-66-88

Fax:
(+994 12) 493-66-88
E-mail:

rashid_behbudov_n2@mail.ru

Url:
2.music-school.az

 

169.7 KB

 

5.4 MB