Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Füzuli şəhər Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi

Füzuli şəhər Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi 1957-ci ildə yaradılıb. Məktəb 1993-cü ildən etibarən məlum hadisələrdən sonra fəaliyyətini Bakı şəhərində davam etdirir. S. Şuşinski adına uşaq incəsənət məktəbi  Füzuli rayonunun 7-illik musiqi məktəbi olaraq ilk və yeganə məktəbi olub. Məlum hadisələrdən, torpaqlarımızın işğalından sonra məktəbimiz Bakı şəhərində fəaliyyət göstərir.

 

Məktəbin direktoru: Elsevər Mərkəz oğlu Hüseynov

Elsevər Mərkəz oğlu Hüseynov 12.08.1971-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1989-cu ildə Bülbül adına Bakı orta ixtisas musiqi məktəbini, 1994-cü ildə isə Bakı Musiqi Akademiyasını (tam ali təhsil) xanəndəlik  ixtisası üzrə bitirmişdir. 1994-2001-ci illərdə Dövlət Muğam Teatrında solist xanəndə vəzifəsində işləmişdir. 2001-2014-cü illərdə Bakı şəhər S.Rüstəmov adına Uşaq Musiqi məktəbində xanəndəlik ixtisası üzrə müəllim işləmişdir 2014-cü ildən məktəbin direktoru vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Elçin Dadaş oğlu İbrahimov.

Xalq çalğı alətləri şöbəsinin müdiri: Sulduz Mayıs oğlu Hacıyev.

Rəssamlıq və xoreoqrafiya şöbəsinin müdiri: Sevinc Vahid qızı Nəsrullayeva.

Nəzəriyyə şöbəsinin müdiri: Sevda Yaqub qızı İsmayılova.


Füzuli şəhəri
Ünvan:
AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99
Telefon:

(+994 12) 597-34-94

E-mail:

elsever.huseynov71@mail.ru

 

71.4 KB

 

134.5 KB

 

59.5 KB