Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbi 1985-ci ildə Füzuli şəhərində yaranmış və fəaliyyətə başlamışdır. Məlum Qarabağ hadisələri ilə əlaqədar məktəbin fəaliyyəti 1993-cü ildən Bakı şəhərində davam etdirilir və hal-hazırda məktəb Təhsil Nazirliyi 18 №-li Bakı Peşə Liseyinin yarım zirzəmisində yerləşir.
Məktəbin direktoru: Nicat Vahid oğlu Paşayev
Nicat Vahid oğlu Paşayev 27 oktyabr 1981-ci ildə Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuşdur.2000-ci ildə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunu, 2006-cı ildə isə Azərbaycan Milli Konservatoriyasını (magistr) tar ixtisası üzrə bitirmişdir. 2002-2005-ci illərdəFüzuli şəhər İnşaatçılar qəsəbə uşaq musiqi məktəbində, 2005-2006-cı illərdə Füzuli rayon Şəkərcik kənd uşaq musiqi məktəbində, 2006-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında tar müəllimi işləmişdir. 2012-ci ildən məktəbin direktoru vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
Tədris işləri üzrə direktor müavini: Təranə Həşimova
Fortepiano şöbəsinin müdiri: Fəridə Ələsgərova
Xalq çalğı alətləri şöbəsinin müdirii: Mehdi Süleymanov
Xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri: Qalib Zeynalov
Nəzəriyyə şöbəsinin müdiri: Arzu Əsgərova
fuzuliseher2uim@mail.ru