Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Füzuli rayon İnşaatçılar qəsəbə Uşaq Musiqi Məktəbi

Füzuli rayon İnşaatçılar qəsəbə uşaq musiqi məktəbi Mədəniyyət Nazirliyinin 11 iyun 1991- ci il tarixli 211 saylı əmri ilə açılmışdır.

Məlum hadisələrlə bağlı İnşaatçılar qəsəbə uşaq musiqi məktəbi Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 48-də məskunlaşır. Məktəbin ümumi sahəsi 220 kv m-dir. Məktəb 20 dərs otağından ibarətdir. Məktəbin şagirdləri Respublika və şəhər miqyasında keçirilən bütn tədbirlərdə müsabiqə baxış, festival və konsertlərdə fəal iştirak etmiş fəxri fərmanlara layiq görülmüşlər. Füzuli  rayon  İnşaatçılar qəsəbə Uşaq musiqi məktəbi  2017-ci ilin yanvar ayından Azərbaycan  Respublikası  Mədəniyyət Nazirliyinin  Kürdəmir Regional  Mədəniyyət  İdarəsinin tabeliyinə  keçmişdir.

 

Məktəbin direktoru: Zöhrə Novruz qızı Rzayeva

Zöhrə Novruz qızı Rzayeva 22.01.1955-ci il tarixində Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. 1974-cü ildə Ağdam orta ixtisas-musiqi məktəbini 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Mədəni-maarif işinin təşkilatçı metodisti fakültəsini bitirmişdir. 1972-ci ildə Füzuli rayon uşaq musiqi məktəbində F-no müəllimi, 1980-ci ildə həmin məktəbin dərs hissə müdiri vəzifəsində işləmişdir. 1991-ci ildə Füzuli rayon İnşaatçılar qəsəbə uşaq musiqi məktəbinə direktor əzifəsinə təyin olunmuşdur. Hal hazırda həmin məktəbin direktorudur.

Ailəlidir. 3 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Qasımova İlahə Sərdar qızı 

Xalq çalğı alətləri şöbəsinin müdiri: Hüseynova Xatirə Teymur qızı

Nəzəriyyə şöbəsinin müdiri: Quliyeva İlhamə Əli qızı


Füzuli şəhəri
Ünvan:
AZ 1430, Bakı şəhəri, Bakıxanov qəs. M.Gəncəvi k. 48
Telefon:

(+994 12) 563-39-58

E-mail:

zohra.rzayeva@mail.ru

 

211.4 KB

 

55.2 KB