Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Füzuli rayon Aybasanlı kənd Uşaq Musiqi Məktəbi

Füzuli rayon Aybasanlı kənd Uşaq Musiqi Məktəbi Mədəniyyət Nazirliyi (İndiki Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən 1991-ci ildə açılmışdır.

Məlum işğalla əlaqədar olaraq  məktəb 1993-cü ildən  Bakı şəhəri Yasamal rayon A.Şərifzadə küçəsi 1-də yerləşən Azərbaycan Texniki Universitetinin tələbə şəhərciyində fəaliyyətini davam etdirir.

 

Məktəbin direktoru: Elmira Vəliş qızı Əliyeva

Elmira Vəliş  qızı Əliyeva 28.09.1959-cu il tarixində Füzuli şəhərində  anadan  olmuşdur. Ali və orta ixtisas təhsillidir. 1974-1976-cı illərdə Füzuli şəhər yeddiillik uşaq musiqi məktəbində fortepiano müəllimi işləmişdir. 1976-1980-ci  illərdə Sayat Nova adına Stepanakert orta ixtisas müsiqi məktəbinin Şuşa filialında fortepiano ixtisası üzrə təhsil almışdır. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsini kulturoloq ixtisası üzrə bitirmişdir. 1980-1990-cı ilə qədər yenidən Füzuli şəhər uşaq musiqi məktəbində f-no ixtisası üzrə müəllim ,eyni zamanda f-no şöbəsi üzrə şöbə müdiri işləmişdir. 1990-1993-cü ilə qədər Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbində dərs hissə müdiri vəzifəsində  işləmişdir. 1993-cü ildən hal-hazıra kimi Füzuli rayon Aybasanlı kənd uşaq musiqi məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Rəfiqə Əziz qızı Hüseynova

Fortepiano şöbəsinin müdiri: Nazilə Ağamehdi qızı Məmmədova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Samirə Ərşad qızı İbayeva

Nəzəriyyə şöbəsinin müdiri: Cəmilə Mürvət qızı Qasımova


Füzuli şəhəri
Ünvan:
AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 1, ATU-nun tələbə şəhərciyi
E-mail:

elmiraaliyeva61@gmail.com

 

54.8 KB