Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Füzuli rayon Aşağı Yağlıvənd kənd Uşaq Musiqi Məktəbi

Füzuli rayon Aşağı Yağlıvənd kənd Uşaq Musiqi Məktəbi 1988-ci ildə yaranmışdır. Məktəb Aşağı Yağlıvənd kəndində iki mərtəbəli binada yerləşir.   Məktəbin ümumi sahəsi 350 kv.m, həyətyani sahəsi 1400 kv.m-dir. Məktəbin binası Kürdəmir  Regional Mədəniyyət İdarəsinin balansındadır.

 

Məktəbin direktoru: Elmin Bəhram oğlu İdrisli

Elmin Bəhram oğlu İdrisli 14.06.1965-ci il tarixdə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olmuşdur. 1985-ci ildə M.M.Nəvvab adına Şuşa orta  ixtisas musiqi məktəbini tar  ixtisası üzrə, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini” Mədəni maarif işinin təşkilatçı metodisti” ixtisası üzrə bitirmişdir. 1983-1998-ci illərdə Füzuli şəhər uşaq musiqi məktəbində tar müəllimi işləmişdir. 08.12.1998-ci ildən Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 5 övladı var.

.

Fortepiano şöbəsinin müdiri: Könül Dilavər qızı Rəhimova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Gülnar Arif qızı Şəmmədova


Füzuli şəhəri
Ünvan:
AZ 1914, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi
E-mail:

yaglivendumm@mail.ru

e-idrisli@mail.ru

 

154.7 KB

 

613.2 KB

 

7.3 MB